Cavid Hüseynov əvəzedici heyətə göndərildi

Cavid Hüseynov əvəzedici heyətə göndərildi

Bu gün \"Neftçi\" PFK-nın rəhbərliyi, məşqçilər korpusu və komandanın aparıcı futbolçularının iştirakı ilə yığıncaq keçirilib. Siasport.az saytı xəbər verir ki, iclasda bir çox məsələlər müzakirə edilib. Futbolçu Cavid Hüseynovun klubun daxili intizam kodeksini pozduğuna görə əvəzedici heyətə göndərilməsi ilə bağlı qərar qəbul olunub.

Yarımmüdafiəçi bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: \"Klub rəhbərliyinin qərarına hörmətlə yanaşıram. Əvəzedici heyətdə çıxış etməyə hazıram\".

Bütün xəbərlər Facebook səhifəmizdə