Samir Abasov: "Sumqayıt Şəhər” “İnter”lə oyuna yalnız qələbə üçün çıxacaq"-AÇIQLAMA
"Sumqayıt Şəhər" Peşəkar Futbol Klubu sabah Azərbaycan Premyer Liqasının IV turdan təxirə salınmış oyunu çərçivəsində Bakının "İnter" klubunu qəbul edəcək. Siasport.az saytı xəbər verir ki, son oyunda doğma arenada "Qarabağ"la qarşılaşmada ilk xalını qazanan komanda hazırlığını davam etdirir. Vaxtilə paytaxt klubunun şərəfini qorumuş, hazırda "Sumqayıt Şəhər"də çıxış edən Samir Abasov "İnter"lə baş tutacaq oyunla bağlı klubun rəsmi saytına açıqlama verib: "Qarabağ"la oyunda komandamız əzmkar oyun nümayiş etdirdi. İlk xalımızı qazandığımız üçün klubda əhval ruhiyyə yüksəkdir. Bir vaxtlar "İnter"in şərəfini qorumuşam. Bu komanda Premyer Liqada hər zaman çempionluğa oynayıb. Ona görə, qarşılaşma bizim üçün çox çətin keçəcək. "Sumqayıt Şəhər" "İnter"lə oyuna yalnız qələbə üçün çıxacaq. İnşallah doğma meydanımızda azarkeşlərimizi yenə sevindirərik".
Xatırladaq ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq oyun saat 17:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB