Xəbər evrdiyimiz kimi, "Neftçi"nin kapitanı Rail Məlikovun ölkə çempionatının V turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Neftçi" oyununda top uğrunda mübarizədə ciddi zədə alaraq beyni silkələnib. Siasport.az saytı xəbər verir ki, hazırda futbolçunun özü ilə əlaqə saxlaya bilməsək də, səhhəti ilə və "Qəbələ"ylə matçda meydana çıxıb-çıxmayacağıyla bağlı "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovdan açıqlama aldıq: "Rail Məlikov "Xəzər Lənkəran"la matçda rəqib futbolçuyla top uğrunda ikili mübarizədə zədə aldı, amma buna baxmayaraq, oyunun sonuna qədər mübarizə apardı. Rail həkimlərin nəzarəti altındadır. Onun hazırda müalicəsi davam etdirilir, səhhəti normaldır. Qarşıdakı oyunumuz sentyabrın 18-dədir, o vaxta kimi yəqin Rail Məlikovun durumuna aydınlıq gələr".
Mundial.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB