Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək boks üzrə Türkiyə milli komandası artıq ölkəmizdədir. Siasport.az saytı xəbər verir ki, hazırlığın ilkin mərhələsinə 35 boksçu ilə başlayan qardaş ölkənin komandası 3 toplanışdan sonra heyəti müəyyənləşdirib. Türkiyə yığmasının kubalı baş məşqçisi Doqdoerto Rojas Skott yarışdan 15 gün öncə Bakıya gəlmələrini yerli ab-havaya uyğunlaşmaq və burada olan digər komandalarla toplanış keçmək məqsədi daşıdığını söyləyib: "Azərbaycana digər ölkələrin boksçuları da gələcək. Onlarla birgə məşq edib, rəqiblərimizi daha yaxından tanımaq imkanı əldə edəcəyik".
Türkiyə Boks Federasiyasının prezidenti Eyüb Gözgəc dünya çempionatında Olimpiya oyunlarına 7 lisenziya qazanmaq niyyətində olduqlarını bildirib.
Türkiyə milli komandasının heyəti:
49 kq – Fərhad Pəhləvan
52 kq – Səlcuk Eker
56 kq – Furkan Ulaş Memiş
60 kq – Fatih Keleş
64 kq - Onur Şipal
69 kq – Önder Şipal
75 kq – Adem Kılıççı
81 kq – Caner Sayak
91 kq – Bəhram Müzəffər
91+ kq – Denizcan Gökkaya
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB