Azərbaycan Premyer Liqasının geridə qalan 5 turunda 28 qarşılaşma keçirilib. Siasport.az saytı xəbər verir ki, bu oyunlarda 67 qol qeydə alınıb. Qeyd etmək lazımdır ki, III turda "İnter"-"Bakı" qarşılaşmasında ev sahibi komanda meydanı oyun başa çatmamış tərk etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyət alıb. Bundan əlavə Premyer Liqada 2 avtoqol da qeydə alınıb. "Simurq"un kapitanı Rasim Ramaldanov və "Neftçi"nin müdafiəçisi Ruslan Abışov hərəyə bir dəfə avtoqol müəllifi olublar.
Beləliklə, geridə qalan turlar ərzində qapılara vurulmuş 64 qoldan 43-ü legionerlərin, 21-i isə yerli futbolçuların aktivinə yazılıb. Legioner futbolçuların siyahısında bombardir Sergey Artyuxdur. "Turan"ın ukraynalı yarımmüdafiəçisi 5 oyunda 4 dəfə rəqib qapılarına yol tapmaqla həm də Premyer Liqada da ən sərrast futbolçuların siyahısına başçılıq edir. Premyer Liqada ən çox qol vuran yerli futbolçusu isə Ceyhun Sultanovdur. "Kəpəz"in yarımmüdafiəçisi cari çempionatda 3 dəfə fərqlənib.
I və II turlarda 12, III turda 15, IV turda 11, V turda isə 14 qol qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB