İntizam Komitəsi yenə klubları cərimələdi

İntizam Komitəsi yenə klubları cərimələdi
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:

Azərbaycan Premyer Liqasının V turunun "Xəzər Lənkəran"– "Neftçi" matçının 72-ci və 90-cı dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52).

Azərbaycan Premyer Liqasının V turunun "İnter" – "Simurq" matçında "İnter" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40).

Azərbaycan Premyer Liqasının V turunun "Bakı" – "Rəvan" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40). Oyunun 48-ci dəqiqəsində "Rəvan" klubunun 6 №-li futbolçusu Taqim Novruzov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 (dörd min) manat cərimə olnur (maddə 42.3).

Azərbaycan Premyer Liqasının V turunun "Qəbələ" – "Turan" matçında "Turan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur (maddə 40). Oyunun 84-cü dəqiqəsində "Qəbələ" klubunun məşqçisi Qari Stivens texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 1000 (bir min) manat cərimə olunur (maddə 63).

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin V turunun "Xəzər Lənkəran" –"Neftçi" matçında "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 (beş yüz) manat cərimə olunur (maddə 40). Oyunun 68-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 72 №-li futbolçusu Elvin Mirzəliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 48).

Azərbaycan I divizionunun I turunun "Şuşa" – "Tərəqqi" matçında "Tərəqqi" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).

Azərbaycan I divizionunun I turunun "Karvan" – MOİK matçının 23-cü dəqiqəsində MOİK klubunun 13 №-li futbolçusu Comərd Baxşəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 (dörd yüz) manat cərimə olnur (maddə 42.3). Oyunun 34-cü dəqiqəsində "Karvan" klubunun 1 №-li futbolçusu Amil Orucov sonuncu ümid görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 (iyirmi) manat cərimə olnur (maddə 48).

Azərbaycan I divizionunun I turunun "MKT Araz" – "Şəmkir" matçında "MKT Araz" klubunun 5 futbolçusu, "Şəmkir" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40). Oyunun 90+4-cü dəqiqəsində "MKT Araz" klubunun 5 №-li futbolçusu Samir Babayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 (iki yüz) manat cərimə olnur (maddə 37.1).

Azərbaycan I divizionunun I turunun "Şahdağ" – "Muğan" matçında "Şahdağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).

Azərbaycan I divizionunun I turunun "Neftçala" – "Qaradağ Lökbatan" matçında "Neftçala" klubunun 7 futbolçusu, "Qaradağ Lökbatan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 (bir yüz) manat cərimə olunur (maddə 40).

Bütün xəbərlər Facebook səhifəmizdə