İbrahimoviç "Barselona" ilə oyunda "Milan"a kömək edə bilməyəcək

İbrahimoviç "Barselona" ilə oyunda "Milan"a kömək edə bilməyəcək

İtaliyanın "Milan" futbol klubu UEFA Çempionlar Liqasının qrup oyunları ərəfəsində ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, futbol üzrə son İtaliya çempionu, qrup mərhələsi çərçivəsində "Barselona" ilə oynayacağı qarşılaşmada bosniyalı ulduz futbolçusu Zlatan İbrahimoviçin xidmətindən yararlana bilməyəcək. "Milan"ın rəsmi saytında yerləşdirilən xəbərə görə, klubun təlim-məşq toplanışında dizindən ciddi zədə alan bosniyalı futbolçu, Milan təmsilçisinin İtaliya A Seriyası çərçivəsində gələn həftə keçiriləcək növbəti qarşılaşmasında da meydana çıxmalı olmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə