"Kəpəz"in futbolçuları qələbələrə görə nə qədər mükafatlandırıldılar?

"Kəpəz"in futbolçuları qələbələrə görə nə qədər mükafatlandırıldılar?
"Kəpəz"in futbolçuları ardıcıl qələbələrə görə mükafatlandırıldı. Siasport.az saytı xəbər verir ki, Gəncə klubunun futbolçuları qazandıqları qələbələrə görə rəhbərlik sayəsində şəxsi büdcələrini artırıblar. Komandaya "Rəvan" üzərində qazanılan qələbəyə görə 20 min dollar, "Bakı" üzərində qazanılan qələbəyə görə 30 min dollar, AZAL üzərində qələbəyə görə isə 40 min dollar verilib.

Qeyd edək ki, "Kəpəz" öz meydanında "Rəvan"a 3:2, "AZAL-a isə 3:1 hesabı ilə qalib gəlib. Komanda səfərdə isə "Bakı"nı 3:0 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə