\"Bizim \"Orduspor\" üzərindəki qələbəmiz, dəyərli prezidentimiz Əziz Yıldırıma bir töhfəmiz oldu. Çünki biz onun övladlarıyıq.\" Siasport.az saytı xəbər verir ki, İstanbulun \"Fənərbaxça\" futbol klubunun qolkiperi Volkan Dəmirəl dünən keçirilən qarşılaşmadan sonra bu açıqlama ilə çıxış edib. Türkiyəli jurnalistlərin suallarını cavablandıran milli futbolçu, bir çoxlarının məkrli niyyətlərinin əksinə olaraq bu il də \"Fənərbaxça\"nın Türkiyə çempionluğu üçün bir nömrəli favorit olduğunu deyib. Gənc qolkiper, Ə.Yıdırımdan əmanət adıqları \"Fənərbaxça\"nı böyük uğurlara daşımaqa çalşacaqlarını, bunun üçün var gücləri ilə mübarizə aparacaqlarını deyib. \"Fənərbaxça\" azarkeşlərinə səsələnən V.Dəmirəl, onları \"sarı lacivərtli\" klubu tək qoymamağa, futbolçularla birlikdə hər kəsi \"bir ürək\" olmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB