"Anji"nin pulları Ronaldonun da ağlını "qarışdırdı"

"Anji"nin pulları Ronaldonun da ağlını "qarışdırdı"

Deyəsən Mahaçqalanın "Anji" futbol klubunun dünyanın ulduz futbolçularına təklif etdiyi pullar, İspaniyanın "Real" futbol klubunun portuqaliyalı ulduz futbolçusu Kriştiyanu Ronaldonun da ağlını başından çıxarıb. Siasport.az saytı xəbər verir ki, Rusiyanın "Sportinx" idman jurnalına müsahibəsində Rusiya futbol çempionatının səviyyəsinin sürətlə yüksəldiyini dilə gətirən portuqaliyalı futbol ulduzu, özünün də nə vaxtsa Rusya çempionatında çıxış etməsinin mümkünlüyünü açıqlayıb.

Belə bir hal baş verərsə bunu sensasiya kimi qiymətləndirməyin əleyhinə olduğunu deyən K.Ronaldo, son bir ay ərzində dünyanın bir çox ulduz futbolçusunun Rusiya klublarında çıxış etmək üçün ora yollandığını və bunun da Rusiyadakı futbol çempionatının səviyyəsinin yüksəldyinə bir işarə olduğunu açıqlayıb. Portuqaliyalı futbol ulduzu, artıq Rusiya klublarının Avropada öz yerlərini tutmağa başladıqlarını da deməyi unutmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə