Ruslan Abışov “Xəzər Lənkəran”ın tarixinə düşüb

Ruslan Abışov “Xəzər Lənkəran”ın tarixinə düşüb
Bakının "Neftçi" klubunun futbolçusu Ruslan Abışov "Xəzər Lənkəran"ın tarixinə düşüb. Siasport.az saytı xəbər verir ki, Premyer Liqanın V turunda Lənkəranda keçirilən qarşılaşmada öz qapısına qol vuran müdafiəçi klub üçün qol vuran 5-ci rəqib oyunçu olub. Avtoqol müəllifi olmaqla komandaya qələbə qazandıran Abışovadək "Xəzər Lənkəran" cəmi 4 dəfə belə qol sevinci yaşamışdı. Onlardan da 2-si ölkə çempionatı, 2-si kubokuna təsadüf etmişdi. Son belə hadisə 639 gün əvvəl elə Lənkəran stadionunda digər paytaxt təmsilçisi ilə matçda yaşanmışdı. Həmin vaxtı "Xəzər Lənkəran"ı "Olimpik-Şüvəlan"ın üzvü Abdulkadir Kamara sevindirmişdi.

"Xəzər Lənkəran"ın rəqiblərinin avtoqolları

2006/07 mövsümü Azərbaycan kuboku, 1/8 final

02.12.2006 Bakılı – Xəzər Lənkəran – 0:3

Anar Məmmədəliyev, 90+2-öz qapısına

2007/08 mövsümü Azərbaycan çempionatı

23.02.2008 Xəzər Lənkəran – Masallı - 4:1

Vaja Lomaşvili, 81-öz qapısına

2007/08 mövsümü Azərbaycan kuboku, 1/2 final

09.04.2008 Qəbələ - Xəzər Lənkəran - 1:3

İrakli Vaşakidze, 15-öz qapısına

2009/10 mövsümü Azərbaycan çempionatı

10.12.2009 Xəzər Lənkəran – Olimpik-Şüvəlan – 2:1

Abdulkadir Kamara, 63-öz qapısına

2011/12 mövsümü Azərbaycan çempionatı

10.09.2011 Xəzər Lənkəran – Neftçi – 1:0

Ruslan Abışov, 41-öz qapısına

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com