Rail Məlikovun beyni silkələnib
Azərbaycan Premyer Liqasının son turunnun "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşmasında "Neftçi"nin kapitanı Rail Məlikovun matç zamanı aldığı zədəyə görə beyninin silkələndiyi məlum olub. Siasport.az saytı xəbər verir ki, Railin səhhəti hələ də qənaətbəxş deyil. Təcrübəli futbolçuda beyin silkələnməsinə görə, güclü baş gicəllənmələri və kəskin ağrılar var.
Qeyd edək ki, Premyer Liqanın VI turunda "Neftçi"nin "Qəbələ"yə qarşı oynayacağı matçda Rail Məlikovun səhhətində baş vermiş problemə əlaqədar olaraq meydana çıxacağı sual altındadır.


Mundial.az

Bütün xəbərlər Facebook səhifəmizdə