"12-ci oyunçu" azarkeş qrupunun saytı borcdan bağlanıb.

"12-ci oyunçu" azarkeş qrupunun saytı borcdan bağlanıb.

"12-ci oyunçu" azarkeş qrupunun saytı borcdan bağlanıb. Siasport.az saytı xəbər verir ki, "Xəzər Lənkəran" komandasına azarkeşlik edən qrupun maliyyə sıxıntısı var. "Xəzər Lənkəran"ın əzəli rəqibi "Neftçi"nin azarkeş qruplarından olan "Ultraneftçi" öz saytında "12-ci oyunçu"ya dəstək nümayiş etdirib. "Ultraneftçi"nin dəstək yazısını təqdim edirik.
"Bu gün axşam saatlarında "12-ci oyunçu"nun saytına daxil olanda çox bəd bir xəbərlə qarşılaşdıq. Saytın manşetində yer alan xəbərdə saytın 3-4 saatdan sonra bağlanacağını yazılırdı. "Xəzər Lənkaran" haqqında ən son məlumatları mətbuata və azarkeşlərə çatdıran sayt artıq bağlanır. Səbəb isə maliyyə çatışmazlığıdır. Futbolla yatıb-qalxan şəhərdə tək idman portalına dəstək verilmir.

"12-ci oyunçu"nun bağlanması idman mətbuatı və azarkeşlər üçün böyük bir itkidir. İnanırıq ki, imkanı olan fanatlar bu sayta köməklik edə bilər. Bizdə "UltraNeftçi" fan-klubu olaraq dəstək verməyə hazırıq və bu barədə saytın rəhbərinə də mail yazmışıq. İnkişaf rəqabət tələb edir. Onlar olmasa rəqabət, rəqabət olmasa inkişaf olmaz. İnşallah, qısa vaxt ərzində "12-ci oyunçu" öz fəaliyyətini bərpa edər".

Bütün xəbərlər Facebook səhifəmizdə