Güləşçimiz dünya çempionu oldu və London olimpiadasına vəsiqə qazandı
Güləşçimiz Rövşən Bayramov Türkiyədə təşkil olunmuş dünya çempionatında yarımfinala adlamaqla, London-2012 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib. Ağırlığı 55 kiloqrama qədər olan bahadırımız ardıcıl olaraq Bolqarıstan, Yaponiya və Macarıstandan olan rəqiblərini məğlub edib.
SİA xəbər verir ki, turnirin birinci günündə Azərbaycan güləşçisi Pövşən Bayramov (55 kq) bolqarıstanlı Veselin Venkovu, yaponiyalı Koxeya Kaseqavanı məğlub etmiş, dörddə bir finalda isə macar Peter Modoşa qalib gələrək yarımfinala yüksəlmişdir. Beləliklə də olimpiadaya lisenziyaya sahib olub.
Yarımfinalda həmyerlimizin rəqibi Çin idmançısı Şu Jin Li olub. Pövşən rəqibinə qalib gələrək finala çıxıb. Finalda Belarus atleti Elbəy Taciyevi də məğlub edərək dünya çempionu olub.
Digər güləşçimiz Vitali Rəhimov (66 kq) yarımfinaladək məğlubiyyətsiz irəliləmiş, yalnız bu mərhələdə uduzmuş, nəticədə olimpiya lisenziyası uğrunda mübarizədən kənarlaşıb.
Xatırladaq ki, Pövşən Bayramov 2012-ci il olimpiadasına Azərbaycan üçün 10-cu lisenziyanı qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB