"Anji" Joze Maurinyodan sonra Quss Hiddinqə də super təklif göndərdi!

"Anji" Joze Maurinyodan sonra Quss Hiddinqə də super təklif göndərdi!
Bir çox ulduz futbolçuları heyətinə qataraq futbol ictimaiyyətinin güclü marağına səbəb olan Maxaçqalanın "Anji" klubu, bu dəfə futbol üzrə Türkiyə millisinin baş məşqçisi Qus Hiddinqə elçi düşüb. Siasport.az saytı xəbər verir ki, bir müddət bundan əvvəl Madrid "Real"ının baş məşqçisi Joze Maurinyoya "elçi düşən" "Anji"nin sahibi Süleyman Kərimov, indi də Türkiyə millisini çalışdıran hollandiyalı mütəxəssisə super təklif irəli sürüb.
O, baş məşqçinin ilinə 25,7 milyon avro ödəməyə hazırdır. "Anji" Hiddinqə 3 illik müqavilə təklif edir. Lakin bu məsələnin daha çox klubun reklamı üçün edildiyi də gözdən qaçmamalıdır. çünki klub prezidenti əla bilir ki, "Çelsi"yə getməyən Q.Hiddinqin "Anji"ni secəcəyi ağlabatan iş deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə