Taekvondoçularımız beynəlxalq turnirdə 13 medal qazanıblar

Taekvondoçularımız beynəlxalq turnirdə 13 medal qazanıblar
Taekvondo üzrə böyüklər və gənclərdən ibarət milli komandamız Rusiyada açıq beynəlxalq turnirdə 13 medal qazanıb. Siasport.az saytı xəbər verir ki, Çelyabinskdə keçirilən turnirdə böyüklərin yarışında Fəridə Əzizova (67 kq) birinci pilləni tutub. Bayraməli Vəliyev (80 kq) gümüş, Xəyalə Quliyeva (46 kq) və Günay Ağakişiyeva (57 kq) bürünc medal qazanıb.
Gənclərdən ibarət seçmə komandamız isə Vətənə 9 mükafatla qayıdıb. Nərminə Məmmədova (44 kq), Mikayıl Əliyev (51 kq) və Elvin Əliyev (78 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elmar Bədəlli (45 kq), Hüseyn Mehrəliyev (59 kq), Ələkbər Ələkbərli (68 kq), Təranə Məmmədova (46 kq), Günay Ağayeva (52 kq) və Aytən Səmədli (59 kq) isə bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə