Sentyabrın 10-da I Divizionda oyunlara start verildi. "Qaradağ-Lökbatan" komandası ayın 11-də Neftçala rayonunda eyniadlı komandanın qonağı olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 1:1 hesabı ilə sona çatıb. "Neftçi" İSM-in mətbuat xidmətindən siasport.az saytına daxil olan məlumata əsasən, "Qaradağ-Lökbatan" komandasının icraçı direktoru Tahir Mustafayevin bildirdiyinə görə, oyunun hakimi Ramiz Əhmədovun idarəçiliyindən heç də razı qalmayıblar: "Təşkilatçılıq çox zəif idi. Oyun 7 dəqiqə gec başladı. Bundan əlavə, hakim bir neçə ədalətsiz qərarlarıyla yadda qaldı. Qarşılaşma tam üstünlüyümüz şəraitində keçdiyi halda, sanki Ramiz Əhmədov hər vəchlə qələbə qazanmağımıza mane olmağa çalışırdı. Belə ki, rəqib komandanın cərimə meydançasında top oyunçunun əlinə dəysə də, onbirmetrlik cərimə zərbəsi verilmədiyi halda, bizim komandanın qapıçısı Elçin Cəfərov təmiz topa oynayarkən, bu zərbə bizim qapımıza təyin olundu. Oyun ərzində 12 ədəd sarı vərəqə verildi. Bundan başqa, hakimin yerli-yersiz fitləri oyunun tempini aşağı salırdı. Etiraz etdikdə isə o bizə çox qəribə bir cavab verdi ki, "onsuz da axırıncı oyunumdur". Başa düşmürəm bu nə məntiqsizlikdir. Onu da qeyd edim ki, çoxlu sayda cərimələr olduğu halda, Ramiz Əhmədov oyunun sonuna cəmi 4 dəqiqə vaxt əlavə etdi. Məgər belə bir məsuliyyətli oyunun taleyini üç ayda bir dəfə təyinat alan hakimə etibar etmək olar?!
"Neftçala" komandasının topdaşıyanları isə hər dəfə açıq-aşkar oyunu gecikdirirdilər. Bax, bu kimi səbəblər ucbatından komandamız qələbəyə layiq olduğu halda, bir xalla kifayətlənmək məcburiyyətində qaldı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB