Türkiyə Superliqasının ilk turu çərçivəsində bu gün axşam meydana çıxacaq İstanbulun "Fənərbaxça" futbol klubunda əla ab-hava hökm sürür. Siasport.az saytı xəbər verir ki, əzəli rəqibləri olan "Qalatasaray", "Beşiktaş" və "Trabzonspor"un elə ilk turdaca ciddi xallar itirmələri və məğlubiyyətə düçar olmaları, son Türkiyə çempionunun bu gecə rəqibi üzərində qələbə qazanması üçün əlavə stimul verir. Komandanın braziliyalı kapitanı Aleks De Souza isə bu gün Türkiyə mətbuatına verdiyi açıqlamada bildirib ki, onlar mükəmməl qələbə qazanaraq yenə də Türkiyə çempionluğuna bir nömrəli favorit olduqlarını ortaya qoyacaqlar:
"Superliqada qalmağımız bizim üçün çox əla oldu. İndi günəş bizim üçün yenidən doğulub. Bizə qarşı ədalətsiz mövqe tutanlara bir daha "Fənərbaxça"nın böyüklüyünü göstərəcəyik.
Açıq deyirəm ki, bu il də çempionluğa əsas favorit bizik. Qoy bunu qəbul etməyənlər, gələn il bizi çempionluq münasibəti ilə təbrik etməyə hazırlaşsınlar. Artıq "Fənərbaxça"nı heç kim saxlaya bilməz"-deyə braziliyalı kapitan fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB