İspaniyanın \"Barselona\" futbol klubunun Argentinalı ulduz futbolçusu Leonel Messinin komandadakı vəziyyəti ürək açan deyil. Siasport. az saytı xəbər verir ki, buna səbəb katalon klubunun son turda vacib iki xal itirməsi və son qarşılaşmalarda L.Messinin qol vəziyyətlərini sağa-sola xərcləməsidir. Belə ki, əzəli rəqibi \" Real\" ın son turda qələbə qazanması müqabilində \" Barselona\"nın vacib xallar itirərək, turnir cədvəlində kral klubundan uzaqlaşması, baş məşqçi Xose Qvardiolanın əsəblərini tarıma çəkib.
İspaniyanın məşhur \"Marça\" qəzeti yazır ki, baş məşqçini əsəbləşdirən əsas məqam, Argentinalı ulduz futbolçunun Argentina millisində olduğu kimi \"qol epidemiyası\"nı \"Barselona\"da da davam etdirməyə başlamasıdır.
Belə ki, X.Qvardiola L.Messinin son bir neçə turda qol vura bilməməsindən çox narahatdır və onun Argentina millisinidəki qol sindromunun İspaniya klubunda da təkrarlanacağını heç çürə qəbul etmir. Qəzet yazır ki, baş məşqçi Argentinalı futbolçu ilə xüsusi şəkildə söhbət edərək ondan psixoloji gərginlikdən çıxmağı və özünə inamını bərpa etməyi tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB