İngiltərənin "Arsenal" futbol klubu, İngiltərə Premyer Liqasının son turunda Andrey Arşavinin qolu ilə 3 xal qazanmağı bacarsa da, bu qələbə klubda başlayacaq "təmizləmə əməliyyatı"nı qətiyyən əngəlləməyəcək.
Siasport.az saytı xəbər verir ki, artıq "topçular"ın rəhbərliyi yeni mövsümün qış fasiləsində ən azı 7-8 futbolçu ilə yollarını ayırmağı düşünür. İngiltərənin "Faynenşl Times" qəzeti yazır ki, klub rəhbərliyi, "Arsenal"ın transfer komitəsinə qışda olunacaq transferlərə hazırlaşmaq və indidən heyətə cəlb olunacaq gənc futbolçuların müəyyənləşdirilməsinə başlamağı tapşırıb. Belə görünür ki, "Arsenal" rəhbərliyi heyətdə gənc futbolçuların sayını artırmaq və komandaya yeni nəfəs gətirməyə hazırlaşırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB