Yıldırım Dəmirörən Karlos Karvalhala bərk qəzəblənib!

Yıldırım Dəmirörən Karlos Karvalhala bərk qəzəblənib!

Türkiyə Superliqasının ilk turunda "Eskişehirspor"la qarşılaşan və 1:2 hesablı məğlubiyyətlə üzləşən İstanbulun "Beşiktaş" futbol klubunda xoşagəlməz ab-hava hökm sürür. Siasport.az saytı xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında İstanbul klubunun portuqaliyalı baş məşqçisi Karlos Karvalhalın dediyi fikirlər ona baha başa gəlib. Sən demə baş məşqçinin mətbuat konfransını televiziyadan izləyən "Beşiktaş" prezidenti Yıldırım Dəmirörən bundan əməllicə qəzəblənib. İstanbul klubunun prezidentini özündən çıxaran məqam isə, portuqaliyalı futbol mütəxəssisinin "Mən meydanda nə baş verdiyini bilmirdim"-deməsidir.

Türkiyə mətbuatı xəbər verir ki, klubun idarə heyətinin üzvlərinin bir çoxunu başına yığan Y.Dəmirörən, poruqaliyalı mütəxəssisin hazırda həbsxanada olan Tayfur Havutçunun "əlinə su tökməyə" belə layiq olmadığını açıqca etiraf edib. Y.Dəmirörəni özündən çıxaran əsas amil isə, bu cür bahalı heyətlə "qara qartal"ın rəqibi qarşısında qorxaq futbol oynamasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə