"Barselona" xal itirdi, "Real" La Liqanın liderinə çevrildi

"Barselona" xal itirdi, "Real" La Liqanın liderinə çevrildi
İspaniya La Liqasında keçirilən növbəti qarşılaşmada əzəli rəqibi olan "Barselona"nın "Real Sosyedad" ilə oyunda xal itkisinə məruz qalmasından maksimum şəkildə yararlanmaq istəyən Madrid "Real"ı, öz istəyinə çatıb. Siasport.az saytı xəbər verir ki, növbəti tur çərçivəsində "Xettafe" ilə qarşılaşan kral klubu, Kərim Benzemanın, Kriştiyanu Ronaldonun və Higuainin qolları ilə qarşılaşmadan 4:2 hesablı qələbə ilə ayrılıb. Bununla da xal ehtiyatını 6-ya çatdıran kral klubu, La Liqada liderliyini davam etdirir. La Liqada keçirilən qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:
"Real" (Sosyedad) - "Barselona" - 2:2
"Villareal" - "Sevilya" - 2:2
"Real" (Madrid) - "Qetafe" - 4:2
"Valensiya" - "Atletiko" (Madrid) - 1:0
"Betis" - "Malyorka" - 1:0
"Santander" - "Levante" - 0:0
"Osasuna" - "Sportinq" (Xixon) - 2:1
"Rayo Vallekano" - "Zaraqoza" - 0:0
"Espanyol" - "Atletik" (Bilbao) - 1:0

Bütün xəbərlər Facebook səhifəmizdə