Futbol üzrə İtaliya A Seriyasının 1-ci turu çərçivəsində keçirilən qarşılaşmalarda maraqlı və sensasiyalı nəticələr qeydə alınıb. Siasport.az saytı xəbər verir ki, keçən il İtaliya çempionu olan "Milan" "Latsio" ilə keçirdiyi oyunda qollu bərabərə qalaraq vacib iki xal itirib.
"Roma" isə "Kalyari"yə 1:2 hesabı ilə məğlub olub. "İnter" futbol klubu da "Palermo" qarşısında 3:4 hesablı darmadağından canını qurtara bilməyib. "Yuventus" isə bütün bunların tam əksinə "Parma"nı 4:1 hesabı ilə darmadağın edərək A Seriyasının lideri kimi yerini möhkəmləndirməyə gözəl imkan qazanıb. İtaliya A Seriyasında keçirilən bütün qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:
"Milan" – "Latsio" – 2:2
"Çezena" - "Napoli" - 1:3
"Yuventus" - "Parma" - 4:1
"Kataniya" - "Siena" - 0:0
"Roma" - "Kalyari" - 1:2
"Leççe" - "Udineze" - 0:2
"Genua" - "Atalanta" - 2:2
"Kievo" - "Novara" - 2:2
"Fiorentina" - "Boloniya" - 2:0
"Palermo" - "İnter" - 4:3
"Leççe" - "Udineze" - 0:2
"Genua" - "Atalanta" - 2:2
"Kievo" - "Novara" - 2:2
"Fiorentina" - "Boloniya" - 2:0
"Palermo" - "İnter" - 4:3
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB