"Qalatasaray" uduzdu, Fatih Terim çılğına döndü!

"Qalatasaray" uduzdu, Fatih Terim çılğına döndü!

Dünən Türkiyə Superliqasının ilk turu çərçivəsində daha üç qarşılaşma keçirilib. Siasport.az saytı xəbər verir ki, "Medical Park Antalyaspor" "Gazientepspor"u 1:0 hesabı ilə, "Karabükspor" isə "Sivasspor"u 2:1 hesabı ilə məğlub ediblər. Keçən ilki Türkiyə çempionu olan "Bursaspor" isə iddialı "Kayserispor"u 3:0 hesabı ilə məğlub edərək yeni mövsümə böyük hesablı qələbə ilə başlayıb.

Gecənin ən maraqlı gözlənilən qarşılaşması isə "Atatürk Olimpiya" stadionunda oynanılan "İstanbul Böyükşəhər Bələdiyyəspor"-"Qalatasaray" qarşılaşması idi. Fatih Terimin komandasından qələbə topları gözlənilsə də, hər şey bunun tam əksinə baş verib. Belə ki, "cim bom" mövsümə 2:0 hesablı məğlubiyyətlə başlayıb.

Qarşılaşma başlayan kimi "cim bom"lu azarkeşlərin F.Terimin leyhinə şüarlar səsləndirmələri və futbolçuları qələbəyə səsləmələri də, İstanbul klubunu məğlubiyyətdən qurtara bilməyib. "Qalatasaray"ın qapısına vurulan ilk qolda qapıçı Musleranın kobud səhvi də böyük rol oynayıb. Həttda F.Terimin də oyunun gedişində futbolçulara bərk qəzəbləndiyi də diqqətlərdən qaçmayıb. Lakin dünənki məğlubiyyətə baxmayaraq "Qalatasaray"lı futbolçuların göstərdikləri əzmkar futbol, bu komandanın yaxın bir-neçə həftə ərzində F.Terimin oyun sisteminə uyğunlaşacağını deməyə tam əsas verir.

Bütün xəbərlər Facebook səhifəmizdə