Böyükağa Hacıyev: \"Bahodir Nasimovun oyunundan narazı qaldım\"-AÇIQLAMA
\"Oyunun ağır keçəcəyini bilirdik. \"Xəzər Lənkəran\"la \"Neftçi\" arasındakı oyunlar həmişə böyük maraq toplayır. Bu tip oyunların taleyini çox zaman 1 qol həll edir\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Böyük oyun\"dan məğlub ayrılan \"Neftçi\"nin baş məşqçisi Böyükağa Hacıyev matçdan sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, belə oyunlarda səhv edən təfər məğlub olur. Baş məşqçi qeyd edib ki, bu oyunda səhv edən tərəf \"Neftçi\" olub: \"Heyətimizdə millidən qayıdan çoxlu futbolçu var idi. Onlar yorğun olduqlarından oyuna hazır deyildilər. Bu futbolçular millidən ayın 7-də, bəziləri isə hətta ayın 8-i axşam qayıtdılar. Onlarla çox az məşq keçə bildik. Komandanı toparlamaq mümkün olmadı. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Biz məğlub olduq, lakin heç nə itirməmişik. Çempionat hələ qabaqdadır. Komandamda Bahodir Nasimovun oyunundan narazı qaldım. O, bu gün istədiyim səviyyədə çıxış etmədi\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB