Amit Quluzadə Türkiyə çempionatında debüt edib

Amit Quluzadə Türkiyə çempionatında debüt edib

\"Neftçi\" PFK-nın yetirməsi Amit Quluzadə Türkiyə çempionatında debüt edib. Siasport.az saytı xəbər verir ki, \"Ərciyəsspor\"un şərəfini qoruyan gənc yarımmüdafiəçi Bank Asya 1-ci liqasının ilk turunda \"Bucaspor\"la keçirilən səfər oyununun ikinci hissəsində meydana çıxıb. Meydan sahibləri ilk hissədə hesabı açsalar da, Amit Quluzadə komanda yoldaşını əvəzləyəndən az sonra kayserilər bərabərlik qolunu vurublar.

Xatırladaq ki, ötən mövsümün sonunda gənc yarımmüdafiəçinin flaqmanla müqavilə müddəti başa çatmasa da, \"Neftçi\" PFK-nın rəhbərliyi Quluzadənin karyerasını ölkə xaricində davam etdirməsinə şərait yaradıb. Ümumiyyətlə, klub rəhbərliyi gənc və perspektivli futbolçularımızın legioner həyatı yaşayaraq, Azərbaycanı layiqincə təmsil etməsinə çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə