"Beşiktaş" məğlub oldu, "Trabzonspor" iki xal itirdi

"Beşiktaş" məğlub oldu, "Trabzonspor" iki xal itirdi
Dünən Türkiyə Superliqasının ilk turu çərçivəsində bir neçə qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, Superliqanın elə ilk turundaca bir sıra sürpriz hersablar qeydə alınıb. Belə ki, "Eskişehirspor" öz meydanında İstanbulun "Beşiktaş" futbol klubunu 2:1, "Samsunspor" "Genclerbirligi"ni 3:2, "Mersin İdman Yurdu" klubu "Ankaragücü"nü 2:1 hesabı ilə məğlub ediblər. "Manisaspor" isə öz meydanında "Trabzonspor"la 1:1-ə qalaraq güclü rəqibindən xal almağı bacarıb. Belə görünür ki, Türkiyə Superliqasına vəsiqə qazanan yeni klublar olduqca iddialı görünürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə