Dünən İspaniya La Liqasında keçirilən növbəti qarşılaşmada son İspaniya çempionu "Barselona" xal itkisi ilə üzləşməli olub. Siasport.az saytı xəbər verir ki, katalon klubu, səfərdə "Real Sossyedad"la keçirilən qarşılaşmada meydanında 2:0 hesabı ilə öndə olduğu qarşılaşmanı 2:2 hesablı bərabərliklə bitirməli olub. Qarşılaşmanın 10-cu dəqiqəsində Xavinin və cəmi bir dəqiqə sonra Fabreqasın qolları ilə hesabda önə keçən "Barselona", rəqib komandada 59-cu dəqiqədə Agirrexte və 61-ci dəqiqədə Grizemanın qolları ilə meydandan cəmi bir xalla ayrılmalı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB