"Xəzər Lənləran" azarkeşi "Neftçi"nin məşqçisini döydü, vitse-prezident hadisəyə münasibət bildirdi

"Xəzər Lənləran" azarkeşi "Neftçi"nin məşqçisini döydü, vitse-prezident hadisəyə münasibət bildirdi
"Xəzər Lənkəran" və "Neftçi"nin əvəzedici komandaları arasında keçirilən oyunda yerli azarkeşlərlə "Neftçi"nin seleksiyaçı-məşqçisi Bəxtiyar Musayev arasında insident baş verib və azarkeşlərdən biri Musayevi yumruqla vurub.
Siasport.az saytı xəbər verir ki, baş verənlərlə bağlı "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov münasibət bildirib. Klub rəsmisi əslində ciddi bir şeyin baş vermədiyini bildirib: "Əlsində Lənkəranda heç nə baş verməyib. Bu məsələni bu qədər şişirtməyə ehtiyac yoxdur. Bu hərəkəti edənlər futbolun inkişafını istəyənlər yox, "Böyük oyun" öncəsi təxribat yaratmaq istəyənlərdir. Bizim nə "Xəzər Lənkəran" azarkeşlərindən, nə də klub rəhbərliyindən narazılığımız var. Onlarla münasibətimiz çox yaxşıdır. Hətta dünən "Xəzər Lənkəran" azarkeşləri ilə 90 dəqiqə bir yerdə futbola baxıb, səmimi söhbət etmişik. Bir nəfərin hərəkətini bütün azarkeşlərin üzərinə atmaq olmaz. Bu onun günahıdır. Ona qalsa, "Barselona"nın azarkeşləri Mourinyonu komandanın məşqçisinin qulağını burduğuna görə öldürməli idi".
T. Süleymanov "Neftçi"nin mühafizə xidmətinin lənkəranlıları təhqir etməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Bu, tamamilə yalandır. "Neftçi"nin mühafizəçiləri heç oyuna getməyib. Əkəmdaşlarımız heç kimi təhqir etməyib. Oyun vaxtı oteldə olublar".

Bütün xəbərlər Facebook səhifəmizdə