Zeynal Məmmədov: \"Baş məşqçi Aleksandr Starkovla yolları ayırmaq fikrimiz yoxdur\"-AÇIQLAMA

Zeynal Məmmədov: \"Baş məşqçi Aleksandr Starkovla yolları ayırmaq fikrimiz yoxdur\"-AÇIQLAMA

\"Baş məşqçi Aleksandr Starkovla yolları ayırmaq fikrimiz yoxdur\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Bakı\" klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib. O, baş məşqçinin həm də Latviya millisində işləməsinin komanda üçün çətinlik yaratmadığını vurğulayıb. Vitse-prezident A.Starkovun Latviya milli komandası ilə müqaviləsinin AÇ-2012-nin seçmə mərhələsinin sonunda - noyabr ayında başa çatacağını, bundan sonra mütəxəssisin yenə də millidə çalışıb-çalışmayacağını bilmədiyini qeyd edib. O, baş məşqçinin Latviya millisindən başqa komanda ilə müqavilə bağlaya bilməyəcəyini deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə