\"Bakı\" klubunun yeni təlim-məşq bazasının tərkibində Futbol akademiyası ilə yanaşı, Orta Ümumtəhsil məktəbi də fəaliyyət göstərəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə \"Bakı\" klubunun icraçı direktoru Yaşar Seyidov məlumat verib. Onun sözlərinə görə, Bakı Futbol Akademiyasında futbolun sirlərinə yiyələnən uşaqlar bu məktəbdə təhsil alacaqlar. Bu məktəbi bitirənlərə attestat da veriləcək. İcraçı direktor qeyd edib ki, Prezident İlham Əliyev təlim-məşq bazasının açılış mərasimində iştirak edərkən bu barədə lazımi göstərişləri verəcəyini bildirib.
Qeyd edək ki, məktəbin bütün xərclərini \"Bakı\" klubu ödəyəcək.
Nəzərinizə çatdıraq ki, bu, futbolumuzda mütərəqqi addımdır. Çünki dünyada futbol akademiyasının tərkibində orta ümumtəhsil məktəbi fəaliyyət göstərən klubların sayı elə də çox deyil. Bunlara \"Barselona\", \"Bavariya\" və \"Ayaks\"ı misal gətirə bilərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB