İspaniyanın \"Real\" futbol klubunun portuqaliyalı futbolçusu Kriştiyanu Ronaldo, komanda yoldaşı Məsut Özili tərifləməkdən yorulmur. Siasport.az saytyı xəbər verir ki, Madrid \"Real\"ında daima mehriban dostlar kimi tanınan bu iki ulduz futbolçu, sən demə bir-birinin futbol oynamağına yamanca heyran imişlər.
K.Ronaldo ispaniyalı həmkarlarımıza verdiyi açıqlamasında M.Özili Almaniya millisinin ən yaxşı futbolçusu adlandırıb. Türk əsilli alman müdafiəçinin \"Real\" üçün çox dəyərli futbolçu olduğunu dilə gətirən K.Ronaldo bildirib ki, o getdikcə koryerasında daha böyük uğurlara imza atacaq. dünyanın ən bahalı futbolçusu bildirib ki, o meydanda M.Özil ilə birgə çıxış etməkdən zövq alır.
Portuqaliyalı futbol ulduzu, \"Real\"ın bir başqa yeni transferi olan Nuri Şahini də Almaniya Bundesliqasından yaxşı futbolçu kimi tanıdığını və gələcəkdə gözəl oyunu ilə kral klubuna yararlı futbolçu olacağına inandığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB