"Beşiktaş"da Qutiyə "embarqo" qoyuldu

"Beşiktaş"da Qutiyə "embarqo" qoyuldu
İstanbulun "Beşiktaş" futbol klubunun ispaniyalı futbol ulduzu Quti Hernantez, deyəsən komandasında "arzuolunmaz şəxs" elan olunub. Siasport.az saytı xəbər verir ki, öz nizamsız davranışları ilə "Beşiktaş" rəhbərliyini boğaza yığan bu futbolçu, İstanbul klubunun yeni portuqaliyalı baş məşqçisi Karlos Karvalhalın da "qara siyahısına" düşüb. Artıq o əsas heyətdən də kənarda qalıb.
Belə ki, bir neçə gün bundan əvvəl Türkiyə mətbuatına verdiyi müsahibələrdə "mənim üçün futbolçunun ismi deyil, necə futbol oynaması əsasdır" deyən portuqaliyalı futbol mütəxəssisi sözünə əməl edərək Qutini sabah "Eskişehirspor"la oynanılacaq qarşılaşmaya daxil etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə