"Yuventus"un yeni 120 milyon avroluq stadionu istifadəyə verilib

"Yuventus"un yeni 120 milyon avroluq stadionu istifadəyə verilib
İtaliyanın köklü futbol klublarından sayılan "Yuventus", dünən axşam özünün yeni stadionuna qovuşub. Siasport.az saytı xəbər verir ki, stadionun açılış mərasimində Avropanın bir sıra futbol klublarının prezidentləri iştirak ediblər. Tikintisinə 2006-cı ildə başlanan stadionun tikintisi 5 il çəkib. Stadionda 41 min insanın
futbola tamaşa etmək imkanı var.
Stadionun tikintisinə 120 milyon avro pul xərclənib. Tərkibində 8 super restoranın və 21 barın xidmət göstərdiyi stadion, olduqca geniş imkanlara malikdir. Xatırladaq ki, "Yuventus" yeni stadionunda ilk qarşılaşmasını sentyabrın 11-də "Parma" ilə keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə