İki hakimimiz İsrailə gedəcək
FİFA referisi Anar Salmanov yeni təyinat alıb. Siasport.az saytı xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 8-13 noyabr aralığında İsraildə keçiriləcək 5-ci qrupunun oyunlarına təyinat alan referilərdən biri Anar Salmanovdur. Referi köməkçisi Mübariz Haşımov da bu qrupun oyunlarında meydana çıxacaq.

Qrupda Serbiya, Çexiya, Litva və İsrail yığmaları mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə