İtaliyanın \"Roma\" futbol klubunun 34 yaşlı təcrübəli kapitanı Françesko Totti, klubda baş verən baş məşqçi dəyişikliklərinə və yeni mövsümdəki əsas rəqiblərinin hansı komanda olacağına münasibət bildirib. Siasport.az saytı xəbər verir ki, \"Roma\"nın rəsmi internet saytına müsahibə verən F.Totti bildirib ki, İtaliya mətbuatında yeni baş məşqçi Luis Enrique ilə onun arasında hansısa bir narazıçılığın olması ilə bağlı yazılanlardan təəsüf hissi keçirir. O bildirib ki, \"Roma\"da futbolçulardan tutmuş məşqçilərə qədər bütün kollektiv bir ürək kimidir. Yeni mövsümdə komandasının İtaliya çempionluğu uğrunda mübarizə aparacağını deyən F.Totti, əsas rəqib kimi bu mövsümdə də\"Milan\" və \"İnter\"i gördüyünü dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB