Azad Rəhimov: \"Bakı 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına iddialı şəhər kimi çıxış edib\"-AÇIQLAMA

Azad Rəhimov: \"Bakı 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına iddialı şəhər kimi çıxış edib\"-AÇIQLAMA
\"Bakı 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına iddialı şəhər kimi çıxış edib. Bu, ölkəmizin nüfuzu üçün böyük hadisədir. Azərbaycanda Olimpiya Oyunlarını yüksək səviyyədə təşkil etmək üçün idman infrastrukturu yaradılır\". Siasport.az saytı xəbər verir ki, bu sözləri bu gün gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında deyib.
A.Rəhimov diqqətə çatdırıb ki, cari ildə olimpiya idman növləri üzrə 4 milyon 610 min manat, qeyri-olimpiya idman növləri üzrə isə 1 milyon 80 min manat vəsait xərclənib. İndiyədək 31 Olimpiya idman kompleksi istifadəyə verilib, 9 Olimpiya idman kompleksinin tikintisi davam etdirilir, bunlardan da 3-ü bu ilin sonunadək istifadəyə veriləcək.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə