İstanbulun "Beşiktaş" futbol klubunun portuqaliyalı baş məşqçisi Karlos Karvalhal, "qara qartal"ın futbolçularına səslənərək, onlara xəbərdarlıq göndərib. Siasport.az saytı xəbər verir ki, "Lig TV"-nin "Bundan sona futbol konuşacak" proqramında iştirak edən portuqaliyalı baş məşqçisi, aparıcının "Komandanızda 13 əcnəbi futbolçu var. Bunlardan sadəcə altısı heyətdə yer ala biləcək. Bəs bu barədə nə düşünürsünüz?"-sualına cavab verən K.Karvalhal, kifayət qədər məntiqli bir şəkildə cavab verib:
"Biz tərəflərdə belə bir atalar sözü var: "Dırnağı olan gitara çalar". Hazırda klubda olan hər bir futbolçu da əgər yaxşı futbolçu olmaq istəsə, əgər "Beşiktaş"ın vazkeçilməzi olmaq üçün çapalasa, əzmkarlıq göstərsə, o zaman komandada yerini tapacaq. Mənim üçün futbolçunun adı önəmli deyil, onun oynayacağı futbol və göstərəcəyi əxlaqı önəmlidir. Kim özünü yaxşı tərəfdən göstərsə o da heyətdə yer alacaq. Bunun başqa adı yoxdur."-deyə portuqaliyalı fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB