İstanbulun "Fənərbaxça" futbol klubunun və futbol üzrə Türkiyə millsinin forvardı Əmrə Belözoğlu, "Fənərbaxça"nın bu il də Türkiyə çempionluğu uğrunda mübarizə aparacağını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, türkiyəli jurnalistlərlə söhbət edən Ə.Belözoğlu bildirib ki, son bir neçə ay ərizndə "Fənərbaxça"nın yaşadığı xoşagəlməz proseslər, bu il komandanın iddialı olmasına və onlara qarşı irəli sürülən ittihamları yenidən azmkar oyun oynamaqla ifşa etmələrinə hec cürə mane olmayacaq:
"Əksinə, hazırda komandada hər kəs bu il əvvəlkindən daha əzmkar futbol oynamaq və Türkiyənin ən böyük futbol klubununun adını yüksəltmək, ən əsası isə daima yanımızda olan milyonlarla azarkeşimizi sevindirmək istəyindədir. Azarkeşlərsiz keçiriləcək iki qarşılaşmada da qələbə qazanacağımıza əminəm.
Biz öz oyunumuzla bir daha "Fənərbaxça"nın böyüklüyünü göstərməklə yanaşı, bu il də Türkiyə çempionluğuna bir nömrəli namizəd olduğumuzu sübut edəcəyik"-deyə Ə. Belözoğlu fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB