Mirça Rednikin qızı atasına dəstək oldu

Mirça Rednikin qızı atasına dəstək oldu

"Xəzər Lənkəran" rəhbərliyi komandaya yeni həkim gətirib. Siasport.az saytı xəbər verir ki, o, artıq cənub təmsilçisində işinə başlayıb. Lənkəran klubunun ötən axşam keçirilən son məşqi zamanı yeni bir sima diqqəti çəkib. Onun komandanın yeni həkimi olduğu bildirilir. Bolqarıstanlı həkimin kimliyi isə hələlik açıqlanmır.

Bu arada, "Xəzər Lənkəran"nın məşqi zamanı yardımçı meydançanın uzaq küncündə dayanan bir xanım diqqətlərdən yayınmayıb. Sonradan onun Rednikin qızı olduğu müəyyənləşib.

Luana Rednik çətin oyunlar zamanı adəti üzrə atası Mirça ilə telefon əlaqəsi saxlayaraq ona dəstək olur. Hətta o, "Xəzər Lənkəran"ın Avstriyada keçirdiyi təlim-məşq toplanışı zamanı da atasını ziyarət etmişdi. Bu dəfə isə "Neftçi" ilə "Böyük oyun" öncəsi atasını ziyarətə gəlib.

"12-ci oyunçu"

Bütün xəbərlər Facebook səhifəmizdə