İstanbulun "Fənərbaxça" futbol klubunun baş məşqçisi Aykut Kocaman, futbolçuları ilə söhbətində bu il yenidən Türkiyə çempionu olmaq istədiklərini, elə bu hədəflə və iddia ilə də meydana çıxacaqlarını dilə gətirib. Siasport.az saytı xəbər verir ki, futbolçularına "qürurumuz üçün oynayın" deyən A.Kocaman, hər bir futbolçunun həmişəkindən daha məsuliyyətl və var gücü ilə meydanda mübarizə aparmalı olduğunu dilə gətirib. "Fənərbaxça"nın baş məşqçisi bildirib ki, ötən mövsümlərdən fərlqi olaraq bu mövsüm "Fənərbaxça" futbol klubu öz əzmkarlığı ilə və qazanacağı qələbələrlə bir daha bütün dünyaya böyük və lider klub olduğunu isbatlamaq üçün var qüvvəsi ilə çalışmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB