Vaqif Cavadovun komandası da "Lokomotiv"i yox edən təyyarəyə minməli imiş
Rusiyanın "Lokomotiv" xokkey klubuna məxsus olan və dünən qəzaya uğrayan "Yak-42" təyyarəsi ilə bağlı maraqlı məlumat yayılıb. Siasport.az saytı xəbər verir ki, Rusiya mediası bir komandanın həyatına son qoyan təyyarə ilə millimizin üzvü Vaqif Cavadovun çıxış etdiyi "Volqa" klubunun da uçduğunu iddia edib.
Rus həmkarlarımız hətta iddia edir ki, Nijni Novqorod təmsilçisi bu həftəsonu "Anji" ilə Mahaçqalada keçiriləcək oyuna məhz bu təyyarə ilə uçmalı imiş.
Xəbəri "Volqa"nın sabiq prezidenti Aleksey Qoyxman da təsdiqləyib. O, bildirib ki, bu günə qədər təyyarədə hər hansı problem olmayıb: "Mövsümün əvvəlində bu aviakompaniya ilə müqavilə imzaladıq. Anlaşmaya əsasən, komandanı səfər oyunlarına məhz "Yak-42" təyyarəsi aparırdı. Bu günə qədər onun heç bir problemi olmayıb. Bu yaxınlarda texniki baxışdan da keçib. Təyyarənin niyə qəzaya uğradığı hələ də məndə şübhə doğurur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB