Daha bir komanda Avro-2012-yə vəsiqə qazandı

Daha bir komanda Avro-2012-yə vəsiqə qazandı

Futbol üzrə Hollandiya yığma komandası Avro-2012-nin final mərhələsinə vəsiqəni təmin edib. Rusiya mətbuatına istinadən SİA-nın verdiyi məlumata görə, bu, məlumatı UEFA yayıb.


Belə ki, Hollandiya yığması Finlandiya kollektivi üzərində 2:0 hesablı qələbə qazanmaqla, aktivindəki xalların sayını 24-ə çatdırıb. Hollandiya komandası qrup ikincisi İsveç millisini 6 xal qabaqlayır.


Əgər İsveç seçmə komandası Hollandiyaya çata bilsə, o zaman "narıncılar" qruplarda ikinci yeri tutmuş komandalar arasında ən yaxşı nəticə göstərmiş kollektiv kimi qitə birinciliyinə yollanacaq.


Bununla da Avro-2012-nin final mərhələsində iştirak edəcək 6 komandanın adına aydınlıq gəlib. Bunlar Ukrayna, Polşa, Almaniya, İtaliya, İspaniya və Hollandiya kollektivləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə