Xavi: "Qvardiola dünyanın ən yaxşı məşqçisidir!"

Xavi: "Qvardiola dünyanın ən yaxşı məşqçisidir!"
İspaniyanın "Barselona" futbol klubunun futbolçuları, gənc baş məşqçiləri Xose Qvardiolanın tərifini göylərə qaldırmaqda davam edirlər. Siasport.az saytı xəbər verir ki, X.Qvardiolanı dünyanın ən yaxşı baş məşqçisi adlandıran "Barselona"lı futbolçu Xavi Hernantez, "Sport" jurnalına mesahibəsində qeyd edib ki, X.Qvardiolanın "Barselona"ya gəlməsi ilə komandada tam yeni futbol sistemi yaradılmağa başlanıldı:
"Bu çox böyük uğurlara aparan yeni sistem idi. Bu sistemin və onun müəllifi olan Xose Qvardiolanın əməyi sayəsində "Barselona" gücünü artırdı, məğlubedilməz komanda kimi bütün dünyada hörmət qazandı.
Onun gəlişindən sonra "Barselona" 3 dəfə İspaniya çempionluğunu, 2 dəfə UEFA Çempionlar Liqasını başı üzərinə qaldırıb. Bu, olduqca böyük uğurdur. Mən onu heç bir tərəddüd etmədən dünyanın ən yaxşı bacarıqlı məşqçisi adlandırardım"-deyə Xavi fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə