\"Beşiktaş\" -\"Təl Əviv\" qarşılaşması İstanbulda keçiriləcək!

\"Beşiktaş\" -\"Təl Əviv\" qarşılaşması İstanbulda keçiriləcək!
İstanbulun \"Beşiktaş\" və İsrailin \"Təl Əviv\" futbol klubları arasında UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək qarşılaşma İstanbulda baş tutacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyənin idman naziri Suat Kılıç türkiyəli həmkarlarımızla söhbətində bildirib ki, Türkiyə demokratik və hüquqi dövlətdir. Nazir qeyd edib ki, İsrail-Türkyə münasibətlərində yaranan gərginlik idman sahəsindəki proseslərə təsir edə bilməz. S,Kılıc əlavə edib ki, qarşılaşma UEFA tərəfindən əvvəlcədən nəzərdə tutlan qrafik əsasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə