Del Pyero futbolla vidalaşır!

İtaliya futbolunun sayılıb-seçilən ulduz futbolçularından daha biri futbolla viladalaşmağı qərara alıb. Siasport.az saytı xəbər verir ki, "Yuventus" futbol klubunun 36 yaşlı ulduz futbolçusu Alessandro Del Pyero artıq futbolla vidalaşmaq və 900 oyundur ki, heyətində meydana çıxdığı klubda məşqçilik fəaliyyətinə başlamaq fikrində olduğunu dilə gətirib. İtaliya mətbuatına verdiyi açıqlamalarda D.Piyero, futboldan və yaşıl meydanlardan ayrılmağın onun üçün olduqca çətin və ağır olduğunu deməklə yanaşı əlavə edib ki, doğma komandada məşqçilik etmək ona əlavə güc verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə