Futbolçu narkoman çıxdı
Türkiyənin Bank Asya liqasında çıxış edən "Erciyesspor"un uqandalı legieneri Hassan Mavanda Vassa narkotik maddə ilə saxlanılıb. Siasport.az saytı xəbər verir ki, futbolçunun üzərində narkotik maddəni Atatürk hava limanında təhlükəsizlik xidməti aşkarlayıb.
O, ötən gün Kayseriyə getmək üçün Atatürk hava limanına gəlib və yoxlamadan keçərkən sol ayağındakı corabda 5.5 qram narkotik maddə tapılıb. Dərhal həbs olunan futbolçu ilkin ifadəsində narkotik maddədən özünün istifadə etdiyini etiraf edib.
Qeyd edək ki, "Erciyesspor"da 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Amit Quluzadə çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə