AZAL-ın futbolçusu zəhərlənib-AÇIQLAMA

AZAL-ın futbolçusu zəhərlənib-AÇIQLAMA

"Aqil Nəbiyev, Robert Petrov və Ervin Bulku milli komandalardan zədəli dönüblər. Georgi Bogihu isə zəhərlənib və bir neçə gündür məşqlərdə iştirak etmir. Yəqin ki, "Kəpəz"ə qarşı oyunda Georgi Bogihu meydana çıxmayacaq". Siasport.az saytı xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının rəsmi saytına saytına açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyib. Onun sözlərinə görə, bütün bunlara baxmayaraq komandada yüksək əhval-ruhiyyə hökm sürür. Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, sentyabrın 1-dən məşqlərə başlanılıb: "Sentyabrın 6-da I divizionda çıxış edən "Şuşa" komandası ilə yoldaşlıq oyununda 7:1 hesabı ilə qalib gəldik. Futbolçular milli komandalardan qayıdıblar. Bu gün komanda tam heyətlə məşqlərə başlayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə