Azərbaycan Premyer Liqasının V turunda
"Kəpəz" doğma meydanda AZAL-ı qəbul edəcək. Siasport.az saytı xəbər verir ki, "Kəpəz"in
mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimovun verdiyi məlumata görə, komandanın
heyətində bir neçə zədəli futbolçu var: "Müdafiəçilər Muammer Erdoğdu və Azər Məmmədov
zədəlidir. Qapıçı Elşən Poladovun da müalicəsi davam edir. İlk turlarda müdafiəçilərin
zədəli olmasının nəticəsidir ki, "Kəpəz" hazırda Premyer Liqanın ən çox qol
buraxan ikinci komandasıdır. Məhz buna görə arxa xətti gücləndirmək üçün
komandaya iki yeni müdafiəçi - Milan Antiç və Razvan Tarlea transfer olundu".
"Kəpəz"in mətbuat xidmətinin rəhbəri komandanın
hazırlıqlarından da danışdı: "AZAL ilə oyuna ciddi hazırlaşırıq. Futbolçular
gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Komandada yüksək əhval-ruhiyyə
hökm sürür. Ötən tur "Bakı" üzərində əldə etdiyimiz səfər qələbəsi
futbolçularımıza stimul verdi. AZAL ilə oyunda da qalib gəlib komandadakı yüksək
əhval-ruhiyyəni davam etdirmək istəyirik. Doğma azarkeşlərimiz önündə
oynayacağımız üçün bu oyuna çox böyük məsuliyyətlə hazırlaşırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB