Elvin İsayev üçün revanş şansı

Elvin İsayev üçün revanş şansı

Boks üzrə Türkiyə milli komandası dünya çempionatına hazırlığı Ankarada davam etdirir. Siaprt.az saytı xəbər verir ki, bu günlərdə milli komandanın üzvləri, federasiya rəsmiləri və media nümayəndələri şam yeməyində bir araya gəliblər. Qardaş ölkənin Boks Federasiyasının prezidenti Eyub Gözgeç Bakıdakı yarışa ciddi önəm verdiklərini söyləyib: "Dünya çempionatı bizim üçün həyati əhəmiyyət kəsb edir. Çünki bu idman növündə ilk Olimpiya lisenziyaları Bakıda veriləcək. İnanıram ki, milli komandamız ölkəmizi yarışda uğurla təmsil edəcək". Türkiyə komandasının əsasını bu ilin iyununda Ankarada keçirilmiş Avropa çempionatında iştirak edən boksçular təşkil edir. 60 kq çəki dərəcəsində son Avropa çempionu Fatih Keleş yenə də türklərin medal ümidlərindən olacaq.

Xatırladaq ki, Keleş Ankarada həmyerlimiz Elvin İsayevi yalnız hakimlərin köməkliyi ilə məğlub etmişdi – 24:23. Bu dəfə İsayevin əlinə revanş üçün yaxşı şans düşüb. Ankarada gümüş medal qazanmış Behram Müzəffər, bürünc medalçılar Furkan Ulaş Memiş və Behram Müzəffər də heyətə daxil ediliblər.

Türkiyə milli komandasının heyəti

49 kq: Fərhad Pəhləvan

52 kq: Selcuk Eker

56 kq: Furkan Ulaş Memiş

60 kq: Fatih Keleş

64 kq: Onur Şipal

69 kq: Öndər Şipal

75 kq: Adem Kılıççı

81 kq: Caner Sayak

91 kq: Bəhram Müzəffər

91+ kq: Dənizcan Gökkaya

Bütün xəbərlər Facebook səhifəmizdə